» » Müğənni Günay : "Ya elə, ya da belə olmalısan"

Müğənni Günay : "Ya elə, ya da belə olmalısan"

Müğənni Günay : "Ya elə, ya da belə olmalısan"


Müğənni Günay İbrahimli plastik əməliyyat etdirən kişilərdən danışıb. O, “Onlar” verilişinə açıqlamasında müğənni Rəhim Rəhimlinin burun əməliyyatını bəyənmədiyini deyib:

“Plastik əməliyyat düşünmürəm. Amma yaşım keçəndən sonra estetik gözəllik üçün etdirərəm. İndi ən çox deyirlər, burnunu əməliyyat etdir. Cavab verirəm ki, mənim burnumla işiniz olmasın. Düzəltsəm, standart sima olacam. Bir neçə müğənninin əməliyyatı uğurlu alınıb. Aygün Kazımovanın əməliyyatını çox bəyəndim. Mən də həvəsə düşmüşdüm. Rəhim Rəhimlinin burnunu yaxşı əməliyyat etməyiblər. Onunla düşmən deyiləm, sadəcə kor-kor, gör-gör, gözəl deyil. Şou-biznesin 80 faizinin burnu düzəltmədir”.

“Prodüser Təranə də burun əməliyyatı etdirib” sözlərinə Günay “Görməmişəm. Amma gedib baxaram. Heç vaxt rastlaşmamışıq. Üz-üzə gələndə baxacam. Yəqin ki, uğurlu alınıb” deyə cavab verib.

İfaçı plastik əməliyyat etdirən kişi sənətçilərin ünvanına sərt sözlər səsləndirib:

“Dodaqlardan danışmaq istəmirəm. Burun onların yanında toya getməlidir. İndi silikonları çıxartdırırlar. Balaca dodaq dəbdədir axı. Kişi özünü estetik əməliyyat etdirəndə siması itir. Adicə qaşlarının üstündəki tükü aldıranda dəyişiklik olur, qadınlaşma gedir. Sağlamlıqla bağlı əməliyyat etdirmək olar. Kişi “qəşəng” sözünü işlətməməlidir, meymundan fərqlənsin bəsdir. Belələrini kişi saymıram. Kişilik siması itməməlidir. Ya elə, ya da belə olmalısan”.
9-09-2014, 11:32
Baxılıb: 126
Reytinq:
  

0 Bəyənmədi

Rəy Yazmaq üçün Qeydiyyat olmalısan. Qeydiyyat Ol
Yorum Ekle
Ad/Soyad: *
E-Poçt: *
Rəyiniz:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seçimi | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Güvənlik Kodu: Güvenlik Kodu (CAPCHA)
Kodu Güncelle
Kodu Yazın: